Sabah toyu olacaq gənc faciəvi şəkildə öldü - Foto
Dərc olunub:
24-02-2024, 12:07
Sabah toyu olacaq gənc yol qəzasında ölüb.
Avrasiya.net Apa-ya istindən xəbər verir ki, hadisə ötən gün Yevlax rayonu ərazisində baş verib.
1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub.
Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah baş tutacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi.
Faktla bağlı araşdırma aparılır.