Ata 4 il əvvəl qızını öldürərək öz evinin həyətində basdırıb
Dərc olunub:
22-02-2024, 13:47
Ağdamın İmamqulubəyli qəsəbəsində ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.
Avrasiya.net xəbər verir ki, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.