Sizin Reklam Burada

Abonent “Azəriqaz”ın əməkdaşının barmağını qırdı - FOTO

Abonent “Azəriqaz”ın əməkdaşının barmağını qırdı - FOTOBakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanova (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) xəsarət yetirilib.

Avrasiya.net bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, hadisə ötən gün saat 15:30 radələrində baş verib. "Azəriqaz"ın əməkdaşları paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində 7 saylı binanın 13-cü mənzilində texniki baxış keçirmək istəyiblər. Onlar mənzilə ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə daxil olsa da, vətəndaşın oğlu əməkdaşlara qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə A.Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardım xidmətinə, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi polis bölməsinə aparıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək.

Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.Aslanov stasionar müalicə üçün evə buraxılıb.

“Azəriqaz”ın əməkdaşına xəsarət yetirildi - FOTO

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər