Sumqayıtda kütləvi zəhərlənmə baş verdi
Dərc olunub:
8-02-2024, 21:40
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
Avrasiya.net Report-a istinadən məlumat verir ki, müəsisədə işləyən 4 qadın - Asudə Əşrəf qızı Behbudova, Nuranə Pərviz qızı Əliyeva, Gülpəri İbrahim qızı Mahmudova, Simnarə Ağabəy qızı Yarmədovanın dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.