Sizin Reklam Burada

Sumqayıtda 48 yaşlı kişi itkin düşüb

Sumqayıtda 48 yaşlı kişi itkin düşübSumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

İtkin düşən şəxsin boyu 168 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Rüfət Abdullayev sağ və sol əlinin üzərində “Rəvan” və “Sərvan” yazılan döymə var. İtkin düşən zaman onun əynində boz rəngli cins şalvar, qəhvəyi rəngdə gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında papaq olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə 077-591-21-21 və 018-655-76-65 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər