Daha 2 nəfər dəm qazının qurbanı oldu
Dərc olunub:
2-02-2024, 09:35
Bakıda 11 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. 2013-cü il təvəllüdlü Mədinə Kamran qızı İsmayılova dünən axşam dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar hadisə dünən saat 16 radələrində Quba rayonu Xaltan kəndində qeydə alınıb. Kənd sakini Ramazanova Sədaqət Rzabala qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır