Sizin Reklam Burada

Neftçalada avtomobillər toquşdu: 2 gənc öldü - Foto

Neftçalada avtomobillər toquşdu: 2 gənc öldü - FotoNeftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil KİA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü İslam Fərhadov və 1998-ci il təvəllüdlü Vahid Yağnəliyev hadisə yerində ölüblər.

İki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Loğman Qüdrət oğlu Bayramov, 1982-ci il təvəllüdlü Habil Abasağa oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər