Şabranda sexdə partlayış: ölən var
Dərc olunub:
22-11-2023, 10:54
Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
"Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.