Sizin Reklam Burada

25 yaşlı gənc öldürüldü: meyiti ferma ilə birlikdə yandırıldı

25 yaşlı gənc öldürüldü: meyiti ferma ilə birlikdə yandırıldıTovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər