Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb
Dərc olunub:
8-11-2023, 08:11
Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.
Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.