Hərbçimiz minaya düşdü
Dərc olunub:
5-10-2023, 18:58
Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.