Çayda çimən ata və 3 yaşlı oğlu boğuldu
Dərc olunub:
13-07-2023, 10:18
İmişlidə Araz çayında çimən ata və üç yaşlı oğlu batıb.
Avrasiya.net-in məlumatına görə, hadisə rayonun Şahverdili kəndində baş verib.
Belə ki, Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğulublar.
Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.