Ana və oğlunu küçədə döydülər
Dərc olunub:
6-07-2023, 08:57
Xaçmazda ana və oğul küçədə döyülüb.
Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun "İzmayılovka" adlanan ərazisində qeydə alınıb.
Belə ki, rayon sakinləri - 1955-ci il təvəllüdlü Z.Həsrətova və onun oğlu, 1984-cü il təvəllüdlü P.Həsrətov mübahisə zəminində tanıdıqları şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.