Sizin Reklam Burada

Bələdiyyə sədri məhkəmə binasında vəfat etdi

Bələdiyyə sədri məhkəmə binasında vəfat etdiKürdəmirdə bələdiyyə sədri anidən dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Sahib Cəfərov rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Sahib Cəfərov ürəktutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən cərrahiyə əməliyyatı keçirib.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər