Polis əməkdaşı avtomobili aşırdı və dünyasını dəyişdi
Dərc olunub:
24-06-2023, 09:32
Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Reno" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.
Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.