20 yaşlı arvadını öldürdü - 8 aylıq körpə yaralandı
Dərc olunub:
20-06-2023, 20:39
İyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.
8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.