Sizin Reklam Burada

Qazimiz özünü yandırdı - Rəsmi

Qazimiz özünü yandırdı - RəsmiNaftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Musavat.com saytı qazinin özünü Naftalan İcra Hakimiyyətinin qarşısında yandırdığını, bədəninin 30% yandığını, hazırda Bakıya gətirildiyini bildirib.

Xatırladaq ki, İlkin Tağıyev 8 noyabr 1993-cü ildə Goranboy rayonunun Hacıallı kəndində anadan olub. Naftalan şəhərində yaşayan İ.Tağıyev müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Qazimiz İkinci Qarabağ müharibəsindən əvvəl 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. İlkin Tağıyev Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb.

Qazimiz artilleriya kəşfiyyatçısı kimi qulluq edib və onun PDM-i (piyadaların döyüş maşını) 120 mm-lik minaatan mərmisi ilə vurulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər