Sizin Reklam Burada

Lənkəranda bir ailənin beş üzvü tortdan zəhərləndi

Lənkəranda bir ailənin beş üzvü tortdan zəhərləndiLənkəranda bir ailənin beş üzvü zəhərlənib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, zəhərlənmə hadisəsi rayonun Şovu kəndində baş verib. Belə ki, bu gün səhər ailə üzvləri tort şirniyyatı yeyiblər. Bir müddətdən sonra səhhətlərində problem yaranıb, özlərini pis hiss ediblər.

Təcili tibbi yardım xidmətinin köməyi ilə ikisi azyaşlı olmaqla ailənin 5 üzvü: 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva və 2018 -ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin olaraq zəhərlənmə diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə ailə üzvləri 3 gün əvvəl bişirilən şirniyyatdan istifadə ediblər. Zəhərlənmənin istifadə olunan ərzaq məhsullarının keyfiyyətsiz olması və ya şirniyyatın saxlanmasına düzgün riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Hazırda xəstələrin müalicəsi davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər