Sizin Reklam Burada

"Uşağım o dünyaya ac getdi" - 7 yaşlı Fəridin anası

"Uşağım o dünyaya ac getdi" - 7 yaşlı Fəridin anası“Bircə ona pis oluram ki, uşağım o dünyaya ac getdi”.

Avrasiya.net xəbər verir ki, bu sözləri "Baku TV"yə açıqlanmasınds məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun anası Aynur Məlikova deyib.

O bildirib ki, oğluna məşqçisi Mehman Xəlilov tərəfindən idman zalında şiddət göstərilməsi videosunu sosial şəbəkədə görüb.

Mərhum azyaşlının anası onu da qeyd edib ki, oğlunun nəşinin tabutda aparıldığını öz gözləri ilə görüb:

“Morqa getdim, ama nə əlim uşağıma dəydi, nə də kəfənini gördüm”.

7 yaşlı Fəridin anası övladının ölümünə səbəb olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istəyir: “Ona haqq qazandıranlara haqqımı halal etməyəcəyəm”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər