Sizin Reklam Burada

Direktor etiraz edən müəllimi döydü

Direktor etiraz edən müəllimiŞahbuz rayon Daylaqlı kənd orta məktəbində direktor və müəllim arasında insident baş verib.

Bu barədə “Gündəlik Naxçıvan”a təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən məktəb müəllimləri məlumat veriblər.

Onların sözlərinə görə, məktəbdəki haqsızlıqlara etiraz edən tarix müəllimi Məhərrəm Gülmalıyevlə direktor Yenubar Hüseynov arasında mübahisə başlayıb. Şahid müəllimlər deyiblər ki, haqlı ittihamlar qarşısında əsəblərini cilovlaya bilməyən direktor, hirsini 60 yaşlı müəllimi şillələməklə soyudub:

“Məhərrəm Gülmalıyev savadlı, mədəni, işini bilən bir müəllimdir. O, hər dəfə müəllimlər üçün nəzərdə tutulan test imtahanlarında yüksək bal toplayır. Buna baxmayaraq, direktor bəhanələr quraraq, onu işdən çıxarıb, yerinə başqasını götürmək istəyir. Onu işdən çıxarmaq istəməsinin bir səbəbi də Məhərrəm müəllimin məktəbdə baş verən özbaşınalıqlara səssiz qalmamasıdır. Mübahisə iməciliyə görə baş verdi. Direktor bütün müəllimləri şənbə günü iməciliyə çıxıb, küçə süpürməyə məcbur edirdi. Məhərrəm Gülmalıyev buna irad bildirərək, küçə süpürməyin müəllimə aid iş olmadığını bildirdi. Hadisə gözümüzün qarşısında oldu. Məhərrəm müəllimin haqlı iradlarına dözə bilməyən direktor ona bir neçə şillə vurub, yerə sərdi. Müəllimlər araya girməsəydilər, daha ağır nəticə olacaqdı”.

Döyülmə hadisəsi ilə bağlı Məhərrəm Gülmalıyevin aidiyyəti qurumlara şikayət etdiyi bildirilir.

Məsələyə münasibət öyrənmək üçün məktəb direktoru Yenubar Hüseynovla əlaqə saxlasaq da o, iddialara münasibət bildirmək istəməyib.

oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər