Goranboyda iki ailə arasında dava: yaralananlar var
Goranboyda iki ailə arasında dava olub, yaralananlar var.
Hadisə ötən gün qeydə alınıb.
Belə ki, 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində Goranboy rayonunun Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Surət Mətləb oğlu Məmmədov qardaşı Samir Mətləb oğlu Məmmədov, anası Şəfiqə Əli qızı Əliyeva və atası Mətləb Soltan oğlu Məmmədov ilə birlikdə Asəf Yunislinin həmin rayonun Börü qəsəbəsində yaşadığı evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi “Sarsılmaz” markalı, M204 STD modelli, üzərində 09Y00184 nömrələri qeyd edilmiş ov silahı ilə 1967-ci il təvəllüdlü Elxan Yunus oğlu Zamanova odlu silahdan 1 (bir) dəfə atəş açaraq həmçinin həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Asəf Elxan oğlu Yunisli və Maniyə Aydın qızı Zamanovanı döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Xocalı RPŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.