Bakıda kafeyə silahlı basqın
Dərc olunub:
29-03-2023, 10:05
Bakıda kafeyə silahlı basqın olub.
Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.
Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Səxavət Məhəmməd oğlu Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ricat Salman oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Turan Ələddin oğlu Alıyev saxlanılaraq polisə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.