Bakıda yaşayış binası yanır
Dərc olunub:
13-03-2023, 11:23
Bakıda yaşayış binası yanır.
"Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.