Kursant dəm qazından boğularaq öldü
Dərc olunub:
30-01-2023, 04:01
Şəmkir sakini dəm qazından boğularaq ölüb.
Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bəhram İsayev N saylı komando hərbi hissənin kursantı olub.