Oğul 4 nəfəri güllələdi, ata özünü öldürdü
Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək özünü asıb.
Onun 25 yaşlı ailəli qızının da bir neçə il əvvəl özünü asaraq öldürdüyü bildirilir.
Qeyd edək ki, ötən il dekabrın 2-i Beyləqanın Tatalılar kəndində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib. Ağır yaralanan ailə üzvlərinin hamısı hadisə yerində ölüb.
Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib. Onun barəsində Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.