Bakıda yaşayış binası yanır - Foto
Dərc olunub:
29-12-2022, 11:00
Bakıda çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanır.
Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, FHN-in 112 qaynar xəttinə Nəsimi rayonu, Cavad xan küçəsində, çoxmətərəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub:
"Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub".