Füzulidə mühəndis faciəvi şəkildə öldü

Füzulidə mühəndis faciəvi şəkildə öldüİyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Füzuli rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Füzuli suvarma sistemləri idarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeiliyində fəaliyyət göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər