Vətən müharibəsi iştirakçısı tanışını bıçaqladı
Dərc olunub:
13-06-2022, 11:28
Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, toydan sərxoş halda çıxan şəxslər arasında mübahisə düşüb.
Nəticədə Ağdaş rayonunun Mürsəl kənd sakini, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev Malay kənd sakini, 1993-cü il təvəllüdlü Alim Alcanovu bıçaqlayıb.
O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, S.Abdullayev Vətən müharibəsi iştirakçısıdır.
21:48
“İlham Əliyev strateji qərar verdi...” – “Qələbə gününü Bakıda qeyd etmək daha əhəmiyyətlidir”
Son xəbərlər