Lənkəranda kütləvi dava: xəsarət alan var
Dərc olunub:
3-06-2022, 09:32
Lənkəran şəhərində kütləvi dava baş verib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, dava nəticəsində 1990-ci il təvəllüdlü Xavad Əlikram oğlu Cavadzadə xəsarət alıb.
Xəsarət alan şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.