Xaçmazda oğul atasını öldürdü
Dərc olunub:
14-05-2022, 18:38
Xaçmazda oğul 59 yaşlı atasını öldürüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov ailə münaqişəsi zəminində öz oğlu Pərvin Neymətov tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.