Yük avtomobilləri TOQQUŞDU - Ölən var
Dərc olunub:
5-05-2022, 10:46
Mayın 4-də saat 19 radələrində Şəmkir şəhəri ərazisində rayon sakini T.Cəfərovun və Elsevər Muxdarovun idarə etdikləri “Ford” markalı 2 yük avtomobili toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.
Nəticədə E.Muxdarov və sərnişini Asif Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.