Sizin Reklam Burada

Azərbaycanda Ramazan bayramında 12 nəfər intihar edib - DƏHŞƏT

Azərbaycanda Ramazan bayramında 12 nəfər intihar edib - DƏHŞƏTAzərbaycanda təkcə Ramazan bayramı günlərində 10-dan çox intihar hadisəsi olub.
Hadisələrdən biri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.

Rayonun Dərəkənd kənd sakini 18 yaşlı Rüfət Əmoyev yaşadığı evdə özünü asıb.

Bundan başqa, Şabran sakini, 40 yaşlı İntiqam Azayev yaşadığı yataqxanada, Tovuz sakini, 26 yaşlı Ülvi Məhərrəmov yaşadığı evdə, Zaqatalanın Göyəm kənd sakini, 37 yaşlı Sərxan Mustafayev qardaşının evində, Bakının Xətai rayonunda 35 yaşlı Seymur Əliyev yaşadığı evin həyətində, Cəlilabad sakini, 30 yaşlı Qamət Qasımov yaşadığı evdə, Goranboy rayonu Borsunlu kənd sakini, 46 yaşlı Rəsmiyyə Qurbanova yaşadığı evdə, Qəbələ rayonunun Nic qəsəbəsində 57 yaşlı Nəbi Hacıyev yaşadığı evin həyətindəki fındıq bağında, Sabunçu rayonu, Ramana qəsəbə sakini, 42 yaşlı Fuad İbrahimov yarımtikilidə, Abşeron rayonu Güzdək qəsəbə sakini 51 yaşlı Eldar Məmmədov isə yaşadığı evin damında özlərini asaraq intihar ediblər. Sonuncu arvadını bıçaqlayandan sonra canına qəsd edib.

Bayram günü Zaqatalada daha bir intihar hadisəsi baş verib. Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq rəhbəri Mehdi Seyidov yaşadığı evin həyətində ağacdan özünü asıb.

Ötən gün həmçinin Bakının Xətai rayonunda da ikinci intihar hadisəsi qeydə alınıb. 11-ci sinif şagirdi olan Xumar Babayeva yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq, intihar edib. Bu zaman binanın həyətində onu tutmağa çalışan kişi isə ağır yaralanıb.

Bütün faktlarla bağlı aidiyyəti üzrə rayon Prokurorluqlarında araşdırma aparılır. /lent.az/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər