Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb
Dərc olunub:
30-04-2022, 08:52
Neftçala sakinini inək vuraraq öldürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.
Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.
R. Paşayev aldğı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.