Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
Dərc olunub:
29-04-2022, 08:20
Bakıda intihara cəhd hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Şəfayət Mehdiyev küçəsində 2000-ci il təvəllüdlü S.Musalı özünə ülgüclə çoxsaylı xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
