Sizin Reklam Burada

Keçmiş arvadını baltaladı

Keçmiş arvadını baltaladıAprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Quba rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib sonuncunun yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər