Sizin Reklam Burada

Lənkəranda ana və oğlu BIÇAQLANDI

Lənkəranda ana və oğlu BIÇAQLANDILənkəranda ana və oğlu bıçaqlayan şəxs sonda özünə də xəsarət yetirib.

 APA xəbər verir ki, hadisə gecə saatlarında rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib.

Rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir müddətdən sonra F.Ağazadəni Valeh Məmmədovun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədova görüb.

Bu zaman F.Ağazadə özü ilə gətirdiyi bıçaqla C.Məmmədovanın üz və kürək nahiyəsinə 2 dəfə bıçaqla zərbə endirib. Anasının səsinə gələn Valeh Məmmədov da Firqət Ağazadənin hücumuna məruz qalıb və bıçaq xəsarətləri alıb. Sonra Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.

Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valeh Məmmədovun vəziyyəti ağır olduğundan əməliyyat alınıb. Firqət Məmmədov isə tibbi yardım edildikdən sonra polis şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Firqət Məmmədov daha əvvəl Valeh Məmmədovun fermasında iki gün fəhlə işləyib. Onun hansı səbəbdən belə bir addım atdığı hələlik dəqiq deyil.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər