Partlayışda yaralanan daha bir nəfər vəfat etdi
Səbail rayonu ərazisində yerləşən gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova Avrasiya.net-ə bildirib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
"Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi".
Qeyd edək ki, 3 aprel saat 03 radələrində baş verən partlayışda 1 nəfər ölmüş, 37 nəfər yaralanmışdı. 6 apreldə yaralılardan biri - 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva xəstəxanada dünyasını dəyişmişdi.