Sizin Reklam Burada

Abşeronda kişi arvadını Tiktoka görə döydü

Abşeronda kişi arvadını Tiktoka görə döydüAbşeronda kişi arvadını Tiktok sosial şəbəkəsindən istifadə etdiyinə görə döyüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

İttiham aktına əsasən, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü V.X. (ad, soy adı şərti) həyat yoldaşı L.X. (ad, soy adı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının Tiktok sosisl şəbəkəsindən istifadə etməsi olub.

Daha sonra o, arvadının başına və bədəninin müxtəlif nahiyəsinə yumruqla vurub.

Qadının şikayətindən sonra V.X. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.

Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin V.X.-ya qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə icraata xitam verilib və V.X. cinayət məsuliyyətindən azad olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər