Sizin Reklam Burada

Bakıda arvadını döyən polis işdən qovuldu

Bakıda arvadını döyən polis işdən qovulduBakıda keçmiş polis əməkdaşı arvadını restoranın qarşısında döyüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, polis serjantı olmuş V.M (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M-in burunu sınıb.

Hadisədən sonra qadının şikayəti əsasında V.M saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə V.M 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

Qeyd edək ki, polis nəfəri olmuş V.M hadisədən sonra işdən azad olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər