Sizin Reklam Burada

Oğru ev sahibini linglə öldürüb

Oğru ev sahibini linglə öldürüb4 sentyabr 2020-ci ildə Masallı rayonu, Hüseynhacılı kənd sakini Aidə Şəmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən yekunlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Şəhriyar Tapdıqov əvvəlcədən planlaşdırdığı oğurluq cinayətini törətmək üçün həmin gün saat 10 radələrində heç kəsin olmadığını düşünərək Aidə Şəmmədovanın yaşadığı evə qanunsuz daxil olub otaqlarda axtarış apararkən evin dəhlizində qəflətən Aidə Şəmmədova ilə qarşılaşıb. O, törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə sonuncunun baş nahiyəsinə linglə bir neçə dəfə zərbə endirərək onu qəsdən öldürüb.


Şəhriyar Tapdıqova Cinayət Məcəlləsinin 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər