Bakıda kişi otaq yoldaşını ÖLDÜRDÜ
Dərc olunub:
30-03-2022, 10:30
Martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.