17 yaşlı gənc qazdan zəhərlənib
Dərc olunub:
24-03-2022, 09:50
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində baş verib.
2005-ci il təvəllüdlü Nəzakət Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 17 yaşlı yentiyetmə qız yaşadığı evdə dəm qazından zəhərlənib.