Sizin Reklam Burada

Sələmçi qardaşları bıçaqlayan şəxslərə cinayət işi açıldı

Sələmçi qardaşları bıçaqlayan şəxslərə cinayət işi açıldıAğsu rayonunda sələmçi qardaşlar - Zəka və Orxan Fazilzadəni bıçaqlayan şəxslərə cinayət işi açılıb.

Bu barədə Avrasiya.net-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisəyə görə tutulan Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfliyə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və O.Fazilzadə qardaşları sələmə verdikləri pula görə A.Quliyev, Ü.Şirazlı, F.Bayraməlizadə, A.Nəcəfli ilə aralarına mühahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadənin ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarəti yetirib.

Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar əməliyyat olunublar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər