Sizin Reklam Burada

Borcu olan abonent "Azərsu" əməkdaşını DÖYDÜ

Borcu olan abonent "Azərsu" əməkdaşını DÖYDÜFevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər