53 yaşlı kişi iş yerində intihar etdi
Dərc olunub:
28-02-2022, 02:54
Gəncədə intihar hadisəsi baş verib.
Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Şəhər sakini, 1969-cu il təvəllüdlü H.Abdullayev özünü çalışdığı iş yerinin çardağında kəndirlə asaraq intihar edib.
Faktla bağlı araşdırmalara başlanılıb.