Məktəbdə şagirdi elektrik cərayanı vuraraq öldürdü

Məktəbdə şagirdi elektrik cərayanı vuraraq öldürdüCəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, həmin məktəbin şagirdini məktəbin həyətində elektrik cərayanı vurub.

Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.