Sizin Reklam Burada

Qarabağa dəmir yığmağa gedən 3 nəfər TUTULDU

Qarabağa dəmir yığmağa gedən 3 nəfər TUTULDUDaxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə icazəsiz daxilolmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib.

Həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir tullantıları yığarkən aşkar olunub və polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün saxlanılaraq RPŞ-yə gətirilib. Barələrində toplanmış materiallar məhkəməyə göndərilib və onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər