Sizin Reklam Burada

Bakıda evə silahlı basqın: 2,80 AZN götürüb qaçdı

Bakıda evə silahlı basqın: 2,80 AZN götürüb qaçdıBakıda evə silahlı basqın edilib, xəsarət alan var.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 22-i saat 03 radələrində Nəsimi rayon, 3-cü Alatava küçəsi, ev 203-də qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əli Əlizadə əlində olan bıçaqla Namir Əhmədovun yaşadığı evə daxil olub. O, ev sahibini bıçaqla hədələyərək cibində olan pulları tələb edib.

Ə.Əlizadə daha sonra N.Əhmədovun sağ diz nahiyəsinə bıçaqla xəsarət yetirib və onun 2 manat 80 qəpik pulunu götürərək qaçıb.

Ə.Əlizadə yanvarın 23-də Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər