Sizin Reklam Burada

Masazırda polislər ağır qəzaya düşdü - Yaralılar var

Masazırda polislər ağır qəzaya düşdü - Yaralılar varAbşeronun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, Rza Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb.

İdarəetmədən çıxan avtomobil isə aşıb. Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib. Məlum olub ki, R.Məmmədovun çiyni sınıb, sərnişində isə aldığı zərbələrdən daxili qanaxma olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Məmmədov və E.Həsənli polis serjantlarıdır. Hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər