Sizin Reklam Burada

Qətlə yetirilən hərbçinin ailəsi danışdı

Qətlə yetirilən hərbçinin ailəsi danışdıXəbər verdiyimiz kimi, yanvarın 2-i saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb.

Avrasiya.net xəbər verir ki, gizir Amil Cəlilzadənin atası Fuar Cəlilzadə Modern.az-a açıqlamasında ona hadisənin təfərrüatı ilə bağlı tam məlumat verilmədiyini bildirib:

“Çox ağırdır. Övladımın ani ölümünü qaldıra bilmirəm. Oğlum 1999-cu ildə Siyəzən rayonunda anadan olub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan bir müddət sonra yenidən müddətdən artıq xidmətə getdi. Vətən müharibəsində də iştirak edib. İşğal olunmuş ərazilərimizin demək olar ki, hamısının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Subay idi, arzuları vardı".

F. Cəlilzadə bildirib ki, ölən gün oğlu ilə iki dəfə telefonda danışıb:

“Dünən səhər saatlarında danışmışıq. Yaxşı olduğunu dedi. 3 oğlum var. O biri oğlum Cəlilzadə Məcnun da Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Laçının işğaldan azad olunması uğrunda göstərdiyi qəhrəmanlığa görə təltif olunub. Kiçik oğlum Yusifin 12 yaşı var”.

O deyib ki, oğlunun nəşi bu gün saat 5-6 radələrində rayona gətiriləcək:

“Əgər gec olmasa, bu gün oğlumu şəhid kimi dəfn edəcəyik”.

Mərhum Amilin qardaşı Məcnun Cəlilzadə açıqlamasında bildirib ki, sonuncu dəfə qardaşı ilə günorta və ölümündən 14 dəqiqə öncə danışıb:

“Zəng elədi ki, anama “Yasin” oxutdur. Ölməmişdən 14 dəqiqə öncə, 17:46-da zəng edib soruşdu ki, oxutdurdun? Həmin gün də günorta saatlarında xalalarımla danışanda deyib ki, “anamı yuxuda görmüşəm. Görürəm ki, saat alıb qəbrinin üstünə getmişəm”.

Amil 6 ayın əsgəri olanda anam Sevda Cəlilova vəfat etdi, ili yenicə çıxıb. 18 il Siyəzəndə ibtidai sinif müəllimi kimi çalışıb. Yüksək şəkər xəstəliyindən əziyyət çəkirdi. Ötən il sentyabrın 18-də koronavirusdan rəhmətə gedib”.

M.Cəlilzadə qardaşının kiçik gizir kimi çalışıdığını və bütün əsgərlərinin ondan razılıq etdiyini söyləyib:

“Bütün əsgərləri ondan razı idi. Nə vaxt zəng edirdik, telefonuna əsgərləri cavab verirdi. Onların daim ailələri ilə əlaqə saxlamalarına yardım edirdi. Tərxis olunan əsgərləri zəng edib deyirlər ki, qardaşın bizə komandir yox, qardaş idi. Çox sarsılmışıq, “niyə”, “nə üçün”, biz də bilmirik. Bütün bunların cavabı araşdırmalardan sonra bilinəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər